Организация

Нек. орг. GENERAL təhsil mərkəzi

Нет отзывов
Баку
Организация

Нек. орг. GENERAL təhsil mərkəzi

Sizləri DÜŞÜNƏRƏK.

Təhsil Kompleksi 2000-ci ildən fəaliyyət göstərir.

Tədris Mərkəzimiz vətənimizin hər sahəsində öz danılmaz töhvəsini vermişdir. Belə ki, bu illər ərzində məzunlarımız (həm azərbaycan, həm rus bölməsi üzrə) respublikada və eləcə də xaricdə fəaliyyət göstərən ən nüfuzlu ali məktəbləri bitirmiş və ya hal hazırda təhsillərini uğurla davam etdirirlər.

Təsadüfi deyil ki, Moskva Dövlət Universitetitinin Bakıda açılmış filialının ilk ilində riyaziyyat fakultəsi üçün ayrılmış 25 yerdən səkkizini çox yüksək bal toplamış bizim məzunlar tutdu.

Təhsil mərkəzində Uşaq studiyası,İbtidai sinif hazirlığı və Məktəbəqədər təlim prosesi də çox uğurla aprılır. Öz həssaslıqları,səbri və mehrinbanlığı ilə seçilən müəllimlər burada balacalara yazıb- oxumağı öyrədir, onların məntiqi düşüncələrini inkişaf etdirir, ətraf mühit və təbiət haqqındaki biliklərini zənginləşdirirlər.


Burada Xarici dil və Kompüter kursları şöbəsi müvəffəqiyyətlə fəalliyyət göstərir. Zamanın tələbi Xarici dil və Kompyüter proqramları olduğundan,bu kursları bitirən dinləyicilərimizin əksərriyyəti arzuladıqları müvafiq iş yerlərini tapıb uğurla çalışırlar.

Rəqs,Gitara,Şahmat və digər dərnəklərdə də hər yaşda olan insanlar iştirak edib arzularını gerçəkləşdirə bilirlər.

Bir qədər də müəllimlərimiz haqqinda: Elə ilk gündən Tədris Mərkəzinə yalniz təcrübəli,sınanmiş,işinin ustası olan pedaqoqlar cəlb olunub. Hazirda da təhsil mərkəzində müəllimlər yalnız imtahan yolu ilə qəbul olunurlar. Biz yaxşı başa düşürük ki, savadlı kadrları yalnız savadlı müəllimlər yetişdirə bilər və bu siyasəti davam etdirmək üçün əlimizdən gələni əsirgəmirik. 

Отзывы о компании

Здесь пока нет отзывов, но ваш может стать первым
Ваши отзывы помогают людям принимать взвешенные карьерные решения
Оставить отзыв
Компания не разместила информацию об открытых вакансиях.